Bəşər Əsəd Roma Papasına məktub göndərdi

Bəşər Əsəd Roma Papasına məktub göndərdi
  29 Dekabr 2013    Oxunub:1302
Suriya başçısının göndərdiyi məktub Vatikanın dövlət katibi Pyotr Parolinaya verilib.
Suriya prezidenti Bəşər Əsəd Roma Papası Fransiskə məktub göndərib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı “The Jerusalem Post” yayıb.

Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardiya bildirib ki, Suriya başçısının göndərdiyi məktub Vatikanın dövlət katibi Pyotr Parolinaya verilib.

Xatırladaq ki, Roma Papası Fransisk Yeni il bayramı münasibətilə xalqa etdiyi müraciətində Suriyada sülhün bərqərar olacağına inandığını deyib. Bəşər Əsədin Vatikana göndərdiyi məktubun məzmunu haqda məlumat verilmir.


Teqlər:





Xəbər lenti