Bakıdakı dünya çempionatı təxirə salındı

  23 Mart 2020    Oxunub : 1109
Bakıdakı dünya çempionatı təxirə salındı
Bakıda keçirilməsi planlaşdırılan Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışın təxirə salınması “COVID-19” pandemiyası ilə əlaqədardır.

Qeyd edək ki, beynəlxalq turnirin 14-16 may tarixlərində Bakıda keçirilməsi planlaşdırılırdı.

Azvision.az

Teqlər: FİG   Aerobika