“Bu olaylar AKP-yə qarşı təxribatdır”
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir vurğulayıb ki, onlar partiyadan çıxmayıb, çıxarılıb:
“Bəziləri partiyadan ayrıldı. Ayrılmadı, ayırdıq. Partiyamızın daxilində belə fitnə ünsürlərini saxlamaq mənasızdır. İdarə Heyəti bəzi üzvlərin partiyadan uzaqlaşdırılması barədə qərar verdi və onlar da dərhal istefa verdi. Istefa verməsəydilər də partiya üzvlüyündən məhrum ediləcəkdilər”.
Ərdoğan onu da qeyd edib ki, Türkiyədə son günlərdə baş verən olaylar türk millətinə qarşı yönəlmiş kampaniyadır: “Baxın, seçki ərəfəsində başlayan bu kampaniyanın mənası var. Dəyərli qardaşlarım, bu kampaniya nə Ərdoğana, nə Ədalət və İnkişaf Partiyası iqtidarına yönəlib. Bu, milli iradəyə, türk millətinə qarşı başlamış kampaniyadır. Çünki Türkiyənin böyüməyini qəbul edə bilməyən beynəlxalq qüvvələrin atdığı addımdır”.
Qeyd edək ki, bir müddət əvvəl sabiq mədəniyyət və daxili işlər nazirləri Ərtuğrul Günay və İdris Naim Şahin, həmçinin korrupsiya qalmaqalında adı hallandığı üçün vəzifəsindən istefa verən sabiq ətraf mühit və şəhərsalma naziri Əli Bayraqdar hakim partiyanın sıralarını tərk ediblər.
Fatimə Kərimli