Rusiyada ölənlərin sayı 18 nəfərə çatdı – Yenilənib

Rusiyada ölənlərin sayı 18 nəfərə çatdı – Yenilənib
  29 Dekabr 2013    Oxunub:977
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu gün Volqoqrad dəmiryolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18 nəfərə çatıb. İlkin məlumata görə, partlayışı terrorçu kamikadze törədib. Yaralılarının vəziyəti ağır olduğundan ölənlərin sayının daha da artacağı istisna olunmur.


13:39
Rusiyada növbəti partlayış - ölənlər var

Volqoqrad dəmiryolu vağzalında baş verən partlayışda 4 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Partlayışın vağzalın birinci mərtəbəsində, giriş qapıları ilə turniket arasında törədildiyi də məlumatda qeyd olunub. Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Partlayışın baş vermə səbəbləri araşdırılır. İlkin versiyaya görə, partlayış terror zəmində baş verib.

Xatırladaq ki, oktyabrın sonlarında Volqoqradın Krasnoarmeysk rayonunda marşrut avtobusunda baş verən partlayış zamanı 6 sərnişin və kamikadze qadın həlak olub. Məlum olub ki, teror aktını 30 yaşlı Dağıstan sakini Naidə Asiyalova törədib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti