ABŞ nüvə silahlarına 355 milyard xərcləyəcək
Nüvə silahının çatdırılma sistemləri – ballistik raketlər, sualtı qayıqlar və bombardumançı təyyarələrə yaxın onilliklərdə 136 milyard dollar vəsait xərclənəcək. Nüvə silahının istehsalına, laboratoriyalara və donanma üçün nüvə reaktorlarının tikintisinə olan xərclər 105 milyard dollara çatacaq. Strateji əlaqə, idarəetmə və raket hücumundan xəbərdarlıq sistemlərinə isə daha 56 milyard dollar xərc çəkiləcək.
Hazırlanan büdcə layihəsində nəzərdə tutulmayan xərclərə 59 milyard dollar vəsaitin ayrılması planlaşdırılıb. Bu addım nüvə sahəsinə son illər ayrılan xərclərin çoxalması ilə bağlıdır. Yaxın 10 ildə nüvə silahının saxlanılma infrastrukturunun qurulmasına, raket əleyhinə müdafiə sisteminin inkişafına və onun nəzarət olunmasına daha 215 milyard dollar gedəcək.
Təkcə 2014-cü ildə ABŞ nüvə sahəsinə 23,1 milyard, infrastruktur və raket əleyhinə müdafiə sisteminə isə 20,8 milyard dollar vəsait ayıracaq.
2011-ci ilin mayında ABŞ nüvə silahının modernləşdirilməsinə dair proqram dərc etdi. Bu proqram ilk növbədə arsenalda olan strateji silahların xidmət müddətinin uzadılmasına yönəldilmişdi. İlk növbədə sənəddə W78 döyüş başlıqlarının moderləşdirilməsi və unifikasiyasına, W76 başlığının xidmət müddətinin uzadılması və B61 aviasiya bombasının təkminləşdirilməsi nəzərdə tutulub. B61 bombaları korrektə olunan bombalara çevriləcək və çəkiləri 50 kilotona qədər azaldılacaq.
Vüqar Hüseynov
AzVision.az