Karius "Beşiktaş"dan FİFA-ya şikayət etdi

Karius "Beşiktaş"dan FİFA-ya şikayət etdi
  28 Mart 2020    Oxunub:2067
Türkiyənin "Beşiktaş" komandasının qapıçısı Loris Karius klubdan FİFA-ya şikayət edib.
Azvision.az xəbər verir ki, buna səbəb almaniyalı qapıçının maaşını ala bilməməsidir. Şikayətdən sonra FİFA kluba xəbərdarlıq edib.

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası səbəbilə bir çox futbol klubları kimi "Beşiktaş" da maliyyə çətinlikləri ilə üzləşib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Beşiktaş   Koronavirus   Karius   FİFA   Şikayət  





Xəbər lenti