Azərbaycan şahmatçıları FİDE prezidentinə məktub yazdı
"Biz hesab edirik ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdı. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasında qaytarılmasını xahiş və tələb edirik".
Qeyd edək ki, məktub Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov, Nicat Abasov, Qədir Hüseynov adından ünvanlanıb.
Azvision.az