Koronavirusa yoluxan Dibala: "Dözülməz ağrılarım vardı"

   Koronavirusa yoluxan Dibala:    "Dözülməz ağrılarım vardı"
  28 Mart 2020    Oxunub:3651
İtaliyanın "Yuventus" futbol klubunun hücumçusu Paulo Dibala koronavirusa yoluxmasından danışıb.
Azvision.az xəbər verir ki, argentinalı futbolçu virusa tutulandan sonra tez-tez yorulduğunu bildirib.

Nəfəs almaqda çətinlik çəkdiyini söyləyən Dibala qeyd edib: "Virusla bağlı ilk hiss etməyə başladığım əlamət 5 dəqiqə ərzində yorulmağım oldu. Nəfəs almaqda çətinlik çəkirdim. Xəstəliyin simptomlarını hiss etdim. Dözülməz əzələ ağrılarım vardı. İndi yaxşıyam və yüngül formada məşq edə bilirəm".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Dibala   Koronavirus   Yuventus  





Xəbər lenti