Rüştü Rəcbər koronavirusa yoluxub

Rüştü Rəcbər koronavirusa yoluxub
  29 Mart 2020    Oxunub:2962
Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Rəcbər sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirib ki, Rüştünün analiz nəticələri pozitiv çıxıb. Bu səbəbdən millinin sabiq üzvü xəstəxanaya yerləşdirilib. Onun ailə üzvləri ilə görüşünə icazə verilmir.

Qeyd edək ki, Türkiyədə 7402 nəfər koronavirusa yoluxub, 108 xəstə dünyasını dəyişib.

Azvision.az


Teqlər: RüştüRəcbər  





Xəbər lenti