İraqda partlayış

İraqda partlayış
  30 Dekabr 2013    Oxunub:1277
İraqda partlayış nəticəsində dörd hərbi qulluqçu həlak olub, 10 nəfər yaralanıb.
İraqda bazar günü baş vermiş partlayışın qurbanları silahlı qüvvələrinin dörd hərbi qulluqçusu, o cümlədən general olub. AzVision.az İTAR-TASS agentliyinə istinadən bu barədə İraq KİV-i məlumat verir.

İraqın şimalındakı Mosul şəhərində hərbi patrul gedən yolun kənarında partlayıcı qurğu işə düşüb. Daxil olan məlumatlara görə, daha 10 nəfər, o cümlədən dörd nəfər mülki vətəndaş olmaqla xəsarət alıb.

Mosul terror təşkilatlarının dayağıdır və İraq hakimiyyəti bu şəhərdə vəziyyəti nəzarət altına heç cür ala bilmir. Güc strukturları təhlükəsizliyin lazımi səviyyədə saxlanması problemini həll edə bilməyiblər.


Teqlər:





Xəbər lenti