"Avro-2022"nin püşkatması təxirə salındı

"Avro-2022"nin püşkatması təxirə salındı
  30 Mart 2020    Oxunub:3128
UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin tarixini dəyişib.
Azvision.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

Azvision.az



Teqlər: Futzal  





Xəbər lenti