Fatih Terim koronavirusa qalib gəldi

Fatih Terim koronavirusa qalib gəldi
  30 Mart 2020    Oxunub:4791
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim koronavirusa qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak virusdan sağalıblar, müalicədən sonra onların test nəticələri neqativ çıxıb. Hər ikisi yaxın günlərdə evə buraxılacaqlar.

Azvision.az



Teqlər: Qalatasaray”  





Xəbər lenti