Volqoqradda daha bir partlayış, 15 ölü - Yenilənib

Volqoqradda daha bir partlayış, 15 ölü - Yenilənib
  30 Dekabr 2013    Oxunub:1129
Bu gün Rusiyanın Volqoqrad şəhərində yenidən partlayış törədilib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Volqoqraddakı trolleybus şəhərində baş verən partlayışda ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə Volqoqrad vilayətinin vite-qubernatoru Vasili Qaluşkin məlumat verib. Onun sözlərinə görə 3 nəfəri kritik olmaqla 28 nəfər də xəsarət alıb. Məlumatlara görə partlayışda zərər çəkənlərin əksəriyyəti tələbələrdir.

Əsas ehtimal ki, partlayış trolleybusun salonunda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.


10:10

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında trolleybusu partladılıb.

İlkin məlumata görə, 10 nəfər ölüb, eyni sayda da yaralı var.

Qeyd edək ki, ötən gün də Volqoqrad vağzalında baş vermiş partlayış nəticəsində 18 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb. Polis artıq partlayış törətmiş kamikadzenin şəxsiyyətini müəyyən edib.







AzVİsion.az


Teqlər:  





Xəbər lenti