Rezidentlər üçün sınaq imtahanı pulsuz oldu

  30 Mart 2020    Oxunub : 2686
Rezidentlər üçün sınaq imtahanı pulsuz oldu
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq rezidenturaya qəbul olmağa hazırlaşan tələbələrə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) iyul ayınadək ödənişsiz olacaq.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, yaxın günlərdə portala imtahanın birinci – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi mərhələsi üzrə daha bir ödənişsiz yeni variant sınaq imtahanı yerləşdiriləcək. İmtahana buradan yazılmaq olar.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.

Azvision.az

Teqlər: DİM   Rezidentura