AKP Fətullah Güləni Türkiyəyə çağırdı

AKP Fətullah Güləni Türkiyəyə çağırdı
  30 Dekabr 2013    Oxunub:1106
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Məhəmməd Əli Şahin ABŞ-da yaşayan dini lider Fətullah Gülənə müraciət edərək onu Türkiyəyə gəlməyə çağırıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sədr müavini çıxışında vurğulayıb ki, son günlər Türkiyədə baş verən olaylarla bağlı Fətullah Gülənin də üstünə düşən vəzifələr var:

“Türkiyədə başlayan bu fitnələrin qarşısını almaq üçün həm bizim, həm də Fətullah hocanın üstünə düşən vəzifələr var. Bunu nəzərə alaraq ürəyimdən keçəni deyirəm. Hocam, siz Səid Nursinin davamçısınız, onun fikirlərini insanlara çatdırmağa çalışırsız. Səid Nursi də xaricə gedə bilərdi, amma getmədi. Bu ölkədə qaldı, həbsdə oldu və xeyli əziyyət çəkdi. Siz də geri qayıdın. Siz orada nə qədər çox qalsanız o qədər çox fitnə meydana çıxacaracaqlar ki, görəsən orada sizi buraxmırlar? Türkiyə ilə bağlı bəzi məqsədləri olanlar sizdən və dini icmadan istifadə etməklə Türkiyəyə ziyan vurmaq istəyirlər? – deyə düşünəcəklər. Bunun qarşısını almaq üçün xahiş edirəm Türkiyəyə geri qayıdın”-deyə Ərdoğanın müavini bildirib.

Sədr müavini çıxışında Fətullah Güləni sevdiklərini diqqətə çatdırıb.
“Haqqınızda nə deyilməyindən asılı olmayaraq sizi sevirik”.

Qeyd edək ki, Türkiyədə son günlər yaşayan rüşvət və yolsuzluq olayında Fətullah Gülənin də adı hallanır. Bəzi iddialara görə, AKP iqtiarına qarşı yönələn bu həbslərin arxasında F.Gülən durur.

Bundan əlavə Gülenin Türkiyə hökumətinə qarğış etməsi AKP tərəfindən böyük etirazla qarşılandı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti