Azərbaycanda 26 nəfər koronavirusdan sağalıb - RƏSMİ

  Azərbaycanda 26 nəfər koronavirusdan sağalıb -    RƏSMİ
  30 Mart 2020    Oxunub:6863
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilbi ki, ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti