Volqoqradda terror törədən şəxsin kimliyi bilindi - VİDEO

Volqoqradda terror törədən şəxsin kimliyi bilindi - VİDEO
  30 Dekabr 2013    Oxunub:1249
Hadisənin 32 yaşlı Pavel Peçenkin tərəfindən törədildiyi ehtimal olunur.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Volqoqrad dəmiryolu vağzalında ötən gün 17 nəfərin ölümü ilə nəticələnən terror aktını Rusiyanın Mariy El Respublikasının sakini Pavel Peçnkinin törətdiyi ehtimal olunur. Milliyətcə rus olan Peçenkin Voljsk şəhərində feldşer həkim olaraq fəaliyyət göstərib. 2012-ci ilin avqustunda İslamı qəbul edən Peçenkin Ənsar əl-Rusi adını qəbul edərək Dağıstanda radikal dini qruplaşmaya qoşulub.

32 yaşlı Peçenkinin terror aktını törətdiyin müəyyən etmək üçün onun valideynlərinin iştirakı ilə DNT testi keçiriləcək.

AzVison.az Peçenkinin video müraciətini təqdim edir.






Teqlər:





Xəbər lenti