Düşmən 5 istiqamətdən hücuma keçdi

Düşmən 5 istiqamətdən hücuma keçdi
  15 Mart 2013    Oxunub:1549
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Teqlər:  





Xəbər lenti