“Şumaher ölə bilər“

 “Şumaher ölə bilər“
  30 Dekabr 2013    Oxunub:1876
“Formula-1” üzrə 7 qat Dünya Çempionu Mihael Şumaher süni koma vəziyyətinə salınıb.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, “Formula-1” yarışlarının 7 qat qalibi 46 yaşlı Şumaherin ölüm ehtimalı istisna olunmur.

Onun müalicə aldığı Qrenobl xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Jan-Fransua Payen jurnalistlərə belə bir açıqlama verib.
“İndi proqnoz vermək hələ tezdir. Amma təəssüf ki, həyati təhlükə hələ də qalır”. Hazırda onun süni koma vəziyyətinə salındığı bildirilir.

Xatırladaq ki, Alp Dağlarında xizəklə sürüşən zaman müvazinətini itirən Şumaherin başı daşa dəyib. Təcili olaraq vertolyotla Qrenobl xəstəxanasına çatdırılan keçmiş pilotun ağır kəllə-beyin travması aldığı və beynində qanaxmanın baş verdiyi müəyyən olunub.
Onun bir cərrahiyyə əməliyyatı keçirdiyi də məlumdur. Həkimlərin sözlərinə görə, əgər onun baş qoruyucusu olmasa idi, Şumaher hadisə yerindəcə keçinə bilərdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti