6200-dan çox uşaq onlayn tədrisə cəlb edilib
Layihə çərivəsində görülən operativ işlər nəticəsində hazırda məktəbəqədər təhsil qruplarının tərbiyəçi-müəllimləri tədris prosesini onlayn qaydada, video-zənglər vasitəsi ilə həyata keçirirlər. Tərbiyəçi-müəllimlər tədris kurikulumunun onlayn versiyası ilə təmin ediliblər və hazırda onlara layihə komandası tərəfindən onlayn tədris prosesində yaşana biləcək problemlərin həlli ilə bağlı dəstək xidməti göstərilir. Bundan əlavə, layihə çərçivəsində tərbiyəçi-müəllimlər üçün məktəbəqədər təhsillə bağlı müxtəlif mövzularda vebinarlar təşkil edilir.
Layihənin eston tərəfdaşı olan “Childhood Academy”nin (Uşaq Akademiyası) mütəxəssisləri tərəfindən valideynlərə evdə qaldıqları müddətdə uşaqlarla effektiv tədris prossesi keçməyi, eləcə də, tədris prosesini oyunlar üzərindən qurmağı öyrədən video təlimatların təqdim edilməsii planlaşdırılır.
Ümumilikdə, onlayn təlim-tədris sistemi ölkə üzrə bütün icmaları əhatə edir və təlim-tədrisin keyfiyyətinin artırılması məqsədi ilə mütəmadi olaraq işlər davam etdirilir.
Mövcud vəziyyətə və qərarlara uyğun olaraq onlayn təlim-tədris prosesinin 20 aprel 2020-ci il tarixinə qədər davam etdirilməsi nəzərdə tutulur.
Layihə üzrə hər kəs - mütəxəssislər, müəllimlər, valideynlər və uşaqlar “Evdə qal” çağırışına əməl edir, layihənin feysbuk səhifəsində “Evdə qal, təhsildən qalma” şüarı ilə mütəmadi olaraq, müxtəlif sosial mesajlar verilir.
Azvision.az