Karantin dövrünün nağılları – KARİKATURALAR

  02 Aprel 2020    Oxunub : 2939
 Karantin dövrünün nağılları – KARİKATURALAR
Karantinin nə olduğunu uşaqlara necə başa salmaq olar? Əlbəttə, özlərinin anladıqları dildə - yəni nağıllarla. Özü də təkcə uşaqlara yox, onlardan daha ağılsız olan, məsuliyyətsizlik edərək, karantini səbəbsiz pozan böyüklərə də.
Məsələn, həmin saqqallı uşaqlara deyə bilərsiniz ki, hətta Rapunzel belə, karantin dövründə saçlarını aşağı sallamır.
Cinin virusdan qorxmamaq üçün bütün əsasları var, amma hətta o da lampadan çıxmır.
Cırtdan isə əbədi dilemmasını həll edib – İndi dəqiq bilir ki, işıq gələn yox, it hürən tərəfə getmək lazımdır. Axı işıq gələn tərəfdə insanlar ola bilər, onlardan isə məsafə saxlamaq vacibdir.




Teqlər: Koronavirus   Karantin   Karikatura