Türkiyənin məşhur futbolçusu karyerasını başa vurur
"Avro-2020"-də iştirak etməyi çox istədiyini söyləyən 40 yaşlı yarımmüdafiəçi bildirib ki, turnirin gələn il keçiriləcəyinə görə məyusdur: "Avropa çempionatında olmağı çox istəyirdim. Ancaq qismət deyilmiş. Özüm üçün nə qədər üzgünəmsə, zədəsi olan və yaya qədər sağalmayacaq qardaşlarım üçün sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah mənə xəyallarımdan da böyük karyera nəsib edib. Onların da məndən gözəl karyera qurmalarını arzu edirəm".
Qeyd edək ki, karyerası ərzində "Qalatasaray", "İnter", "Nyukasl", "Atletiko", "Başakşəhər" və "Fənərbaxça"da çıxış edən Əmrə 101 oyunda Türkiyə millisinin şərəfini qoruyub.
Kənan Məmmədov
Azvision.az