Putinin yaratdığı agentliyin redaktoru erməni oldu
D.Kiselyov bildirib ki, bu vəzifəni ancaq “parlaq jurnalist imicinə və müasir menecerlik bacarıqlarına” malik şəxs tuta bilərdi.
Məlumatda o da bildirilir ki, M.Simonyan RT telekanalının baş redaktoru kimi də qalacaq.
Putinin sərəncamına əsasən “RİA Novosti”nin ləğv edilməsi və yerində yeni agentliyin yaradılması prosesi üç ay çəkəcək. Yeni agentlik Rusiyanın siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq üçün yaradılır. “RİA Novosti”nin baş redaktoru Svetlana Mironyuk vəzifəsindən artıq azad edilib və onun yerini Simonyanın RT-dəki müavini İrakli Qaçeçiladze tuturdu.
33 yaşlı Marqarita Simonyan RT telekanalına onun yaradıldığı vaxtdan - 2005-ci ildən rəhbərlik edir. Telekanal xaricdə yayımlanmaq üçün yaradılıb. Simonyan telekanalın rəhbəri olana qədər Kremldə “prezidentskiy pul”da işləyib.(Virtualaz.org)