ABŞ-da iki qatar toqquşub, 10 vaqon yanıb

ABŞ-da iki qatar  toqquşub, 10 vaqon yanıb
  31 Dekabr 2013    Oxunub:1080
Amerikanın Şimali Dakota ştatındakı Kasselton şəhərinin yaxınlığında neft daşıyan yük qatarı başqa bir qatarla toqquşaraq relsdən çıxıb.
Röyter agentliyi bu barədə ştatın fövqəladə hallar idarəsinin nümayəndəsi Siseli Fonqa istinadla məlumat yayıb.

Hadisə Kasselton şəhərindən 1,5 kilometr Qərbdə baş verib. Əvvəlcə içərisində soya paxlası olan yük qatarı relsdən çıxıb, sonra həmin qatar neft daşıyan qatarla toqquşub.

Hadisə yerində güclü yanğın baş verib, azı 5 dəfə güclü partlayış olub.

CNN telekanalının verdiyi məlumata görə, neftlə dolu 10 vaqon od tutub. Şəhərin yanğınsöndürmə xidməti təşvişə düşüb, çünki qəza yerinin yaxınlığında etil spirti istehsal edən zavod yerləşir.
Hadisə yerində qəza briqadaları işləyir. İlkin məlumata görə, bu hadisə nəticəsində insanlar zərər çəkməyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti