İran və 5+1 Cenevrə sazişinin icrasına yanvarın sonunda başlayacaq
İran və 5+1 ölkələri arasında üçüncü dövr danışıqlar 2013-cü ilin dekabr ayının 30-da Cenevrədə başlayıb. Bu danışıqlar dekabrın 31-də səhər saat 7:00-da sona çatıb.
İranın Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər üzrə idarənin rəhbəri olan Bəidinejad həm də İran və 5+1 ölkələri ilə danışıqlarda İranlı komandanın başçısıdır.
Bəidinejad deyib ki, bu dövr müzakirələrdə nisbətən yaxşı nəticələr əldə olunub. "Hər iki tərəf Cenevrə sazişinin icrası üçün vahid mövqe və birgə razılığa gəliblər. Hazırda hər iki tərəfin baxışları bu məsələyə eynidir", - Bəidinejad deyib.
Bəidinejad bildirib ki, Cenevrə sazişinin icrasına başlandıqdan sonra müştərək komissiya təşkil olunacaq və həmin komissiyanın vəzifəsi sazişin icrasına nəzarətdir.
Teqlər: