Latviyanın ümidi `avro`ya qaldı - VİDEO
Yanvarın 1-dən Latviyanın pul vahidi lat vahid avropa valyutası olan avro ilə əvəz olunur. AzVision.az “euronews”a istinadən xəbər verir ki, ölkədə iki həftə hər iki valyuta-avro və lat birlikdə işləyəcək. Lakin yanvarın 1-dən nəqdsiz ödənişlər yalnız avro ilə aparılacaq. Latviyada birinci yarımildə kommersiya bankları latı avroya əlavə haqq ödənilmədən çevirəcək.
Ölkə rəhbərliyi bu hadisəni təntənəli şəkildə qeyd etmək niyyətindədir. Bu münasibətlə Latviyanın və Estoniyanın baş nazirləri Riqanın mərkəzindəki bankomatdan nəğd şəkildə ilk avro banknotlarını çıxaracaqlar. Hakimiyyətin optimistik yanaşma aşılamasına baxmayaraq bir çox yerli iqtisadçı məsələyə pissimist yanaşır. Onlar bu keçidin ölkənin əsas problemi olan işsizliyə heç bir təsir etməyəcəyini bildirir.
Qeyd edək ki, XX əsrdən bu yana ölkədə 6 dəfə valyuta növü dəyişilib. İnanırıq ki, Avrozonanın ən iri tempi ilə iqtisadi inkişafını yaşayan, buna baxmayaraq Avropanın ən kasıb ölkəsi kimi qalan Latviya 7-ci valyuta dəyişməyindən uğurla çıxacaq. Buna baxmayaraq latviyalılar məsləyə daha ehtiyyatlı yanaşır və daha çox mümkün ola biləcək inflyasiyanı düşünür.