Təxirə salınan imtahanlar nə vaxt keçiriləcək? - DİM-dən açıqlama
Məlumatda bildirilir ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
Azvision.az