Aviabilet alanların pulları 45-60 günə qaytarılacaq - AÇIQLAMA

Aviabilet alanların pulları 45-60 günə qaytarılacaq -  AÇIQLAMA
  08 Aprel 2020    Oxunub:3576
COVİD 19 pandemiyası ilə əlaqədar əksər hava yolları artıq bir müddətdir ki, uçuşları karantin bitənə qədər ləğv edib. Bu səbəbdən əvvəlcədən bilet alan vətəndaşlar səfərlərini təxirə salaraq aviabiletlərini qaytarırlar və onlar turizm şirkətlərindən pullarını geri istəyirlər.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, pandemiyadan əvvəl bir çox turizm şirkəti belə hallarda aviabiletlərin qaytarılmasında və pulun geri ödənilməsində müştəriyə kömək edirdi, digər satışlardan bunu əvəzləyirdi: "Turizm şirkətləri hava yolları ilə növbəti hesabat dövründə artıq bunu əvəzləşirdilər. Təəssüflə qeyd etməliyik ki, hal-hazırda satışların olmaması şirkətlərin operativ formada pulların müştərilərə geri gaytarılmasında çətinliklərlə üzləşdirib. Çünki pullar artıq hava yollarına ödənişlər edilib. Hazırda bir neçə aviaşirkət biletlərin gaytarılmasına icazə verir, lakin pulların gaytarılması bir neçə müddət, 45-60 gün çəkə bilər. Digər tərəfdən başqa hava yolları da var ki, alternativ olaraq bir il ərzində bu biletdən istifadə və ya eyni məbləğə başqa istiqamətlərə uçuş vauçerilərindən istifadə imkanları təklif edirlər. Bu beynəlxalg praktikadır və hazırda bir neçə hava yolları tərəfindən də istifadə olunur".

G.Qəhrəmanov qeyd edib ki, vətəndaşlar turizm şirkətlərinə müraciət edəndə, bu hallara təəccüblə və ehtiyatla yanaşırlar. "Belə hallar var və onlar narahat olmasınlar. Bu, beynəlxalq praktikadır. Təəssüf olsun ki, pullarını qəti şəkildə geri istəyirlər. Biz onları da başa düşürük. Nadir hallarda uçuş edirlər və növbəti dəfə həmin istiqamətə uçmaya bilərlər və nə zaman olacaqlarını deməkdə çətinlik çəkirlər. Bu halda vətəndaşlar səbrlə yanaşmalıdırlar ki, hava yolları pulları turizm şirkətlərinə qaytarsın və onlar da vətəndaşın ödənişini versin. Bu, 45-60 gün çəkə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Bilet  





Xəbər lenti