Əfqanıstanda bir ildə 2767 polis və hərbçi həyatını itirib

Əfqanıstanda bir ildə 2767 polis və hərbçi həyatını itirib
  02 Yanvar 2014    Oxunub:951
2013-cü ildə Əfqanıstanda "Taliban" və digər antihökumət silahlı təşkilatları tərəfindən həyata keçirilən hücumlar zamanı 2767 əfqan polis və hərbçi həyatını itirib.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrindən bildirildiyinə görə, əsas itkilər "Taliban" tərəfindən təşkil edilən bombalı hücumlar və intihar hücumları nəticəsində qeydə alınıb.

Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban"la mübarizədə 2012-ci illə müqayisədə 2013-cü ildə 32 faiz daha çox itki verib.

Əfqanıstan ordusu və polisi ölkənin təhlükəsizliyinin məsuliyyətini ötən ilin iyununda beynəlxalq qüvvələrdən təhvil almışdı.


Teqlər:





Xəbər lenti