Müşərrəf xəstəxanaya yerləşdirildi

Müşərrəf xəstəxanaya yerləşdirildi
  02 Yanvar 2014    Oxunub:919
Pakistanın eks-prezidentinin səhhəti pisləşib.
Bu gün İslamabadda məhkəmə qarşısına çıxmalı olan Pakistanın sabiq prezidenti, general Pərviz Müşərrəfin səhhəti piləşib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət çevrilişində ittiham edilən P.Müşərrəf məhkəməyə gedərkən yolda ürəyində ağrı hiss edib.

Məlumata görə, bundan sonra P. Müşərrəf xəstəxanaya yerləşdirilib.


Teqlər:





Xəbər lenti