Hindistanda avtobus qəzası- 27 ölü

Hindistanda avtobus qəzası- 27 ölü
  02 Yanvar 2014    Oxunub:1218
Hindistanda avtobus qəzası ən azı 27 nəfərin həyatına son qoyub.
Hindistanın Maxaraştra ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 27 nəfər ölüb.

AzVision.az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, qəza, həmçinin 10-dan artıq insanın xəsarət almasına səbəb olub.

Məlumata görə, ölənlərin 19-u qadındır. Hadisə nəticəsində sağ qalmış sürücü həbs edilib.
Onun ötmə əməliyyatı zamanı sürət həddini aşdığı bildirilir. Xəsarət alanlardan üçünün vəziyyəti kritikdir.


Teqlər:





Xəbər lenti