Səfirimiz nota verdi

Səfirimiz nota verdi
  15 Mart 2013    Oxunub:1662
Azərbaycanın Litvadakı səfiri bu ölkənin xarici işlər nazirinə nota təqdim edib. Notada bu halın ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyi deyilir.

Buna səbəb Litva parlamentinin plenar iclasında ötən gün qondarma Dağlıq Qarabağ Respublikası ilə parlamentlərarası əlaqə qrupunun yaradılması olub.

Bildirək ki, iclasa sədrlik edən Vitautas Qapşis qrupun yaradılması haqqında bəyanatı oxuyub, parlamentariləri qrupa qoşulmağa dəvət edib və qrupun nəzərdə tutulan ilk iclası barədə məlumat verib.(salamnews)

Litvanın sabiq xarici işlər naziri Audronyus Acubalis məsələ barədə qəzəb və narazılığını bildirərək deyib ki, bu qrupun yaradılması ölkənin xarici siyasətinə mənfi təsir göstərəcək: “Sizin indi oxuduğunuz bəyanat Seymin, nizmanamənin və Xarici İşlər Komitəsinin (XİK) tövsiyə və idarə üsuluna ziddir. Seym beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlətlərlə parlamentlərarası əlaqə qrupu yaradır. İndiki halda Seymdə belə bir qrup yaradıla bilməz, belə hallar parlamentimizi və Litva hökumətini qəliz vəziyyətə doğru aparır və nəticədə biz siyasi oyunlar meydanına çevrilə bilərik.”

AzVision.az


Teqlər:  





Xəbər lenti