Silahlı şəxs öz arvadını və övladını girov götürüb

Silahlı şəxs öz arvadını və övladını girov götürüb
  02 Yanvar 2014    Oxunub:1071
Dağıstanın Xasavyurt rayon mərkəzində silahlı insindent baş verib. Polis qüvvələri terror aksiyalarının təşkilində şübhəli bilinən silahlı bir şəxsi öz evində mühasirəyə alıb.

AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, terrorçu polisin təslim olmaq təklifinə atəş açmaqla cavab verib. Eyni zamanda, silahlı şəxsin öz arvadını və övladını evdə girov kimi saxladığı və polisin əməliyyata başlayacağı təqdirdə onları öldürməklə hədələdiyi də bildirilir.

Ancaq buna baxmayaraq, polisin mühasirədə saxladığı evə hücum etdiyi də gələn xəbərlər arasındadır. Terrorçunun və onun ailə üzvlərinin taleyi haqqında hələlik məlumat verilmir.


Teqlər:





Xəbər lenti