Türkiyə diplomatlarının avtomobilləri yandırılıb
Berlinin Henrix Hayne prospektində bir-birindən 1 km aralıda park edilmiş diplomatların avtomobillərinin üzərinə tez alışan maddə tökülüb və qəsdən yandırılıb. Məhəllə sakinləri yanan avtomobilləri görərək yanğınsöndürənlərə məlumat veriblər. Yanğın söndürülsə də, hər iki avtomobil yararsız vəziyyətə düşüb.
Türkiyənin Almaniyadakı səfirliyi Almaniya rəsmilərindən olayın araşdırılmasını və günahkarların yaxalanmasını istəyib. Eyni zamanda səfirliyin təhlükəsizliyinin qorunmasına diqqətin artırılması da tələb olunub. Almaniya polisi olayla bağlı araşdırmaya başlayıb.
Teqlər: