DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib
  13 Aprel 2020    Oxunub:2344
Dövlət İmtahan Mərkəzi nəşrlərinin onlayn sifariş əsasında evlərə çatdırılma xidmətini davam etdirir. Son 10 gün ərzində onlayn sifariş əsasında yüzdən artıq DİM nəşrinin respublikanın şəhər və rayonlarında birbaşa ünvanlara çatdırılması təmin edilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, abituriyentlər Mərkəzin nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri ), yeni təhsil proqramı (kurikulum) üzə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.

"İstifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin ad, soyad, ata adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.
Daha sonra həmin nəşrlər "Abituriyent" jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1.5 manatdır. Sifarişin ümumi məbləği 20 AZN-dən çox olarsa, çatdırılma pulsuz olacaq.

Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə və ya [email protected] ünvanına yaza bilərsiniz.
“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə buradan əldə edə bilərsiniz".

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti