Beyrutda partlayış – DƏHŞƏTLİ KADRLAR

Beyrutda partlayış – DƏHŞƏTLİ KADRLAR
  03 Yanvar 2014    Oxunub:1007
Livanın paytaxtı Beyrutun cənubunda partlayış törədilib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış “Hizbullah” təşkilatına məxsus olan “əl-Manar” televiziyasının binası yaxınlığında baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Məlumatda həmçinin qeyd olunur ki, son həftə ərzində Livan təhlükəsizlik qüvvələri tərəfindən içərisində partladıcı qurğu quraşdırılan bir neçə avtomobili zərərsizləşdirib.

Qeyd edək ki, ötən həftə Beyrutda daha bir partlayış törədilib, nəticədə keçmiş maliyyə naziri və sabiq baş nazir Saad Həririnin xarici siyasət üzrə məsləhətçisi Məhəmməd Çatah həlak olub.




Teqlər:





Xəbər lenti