"Dərs vaxtı"nın sabaha olan cədvəli

"Dərs vaxtı"nın sabaha olan cədvəli
  13 Aprel 2020    Oxunub:2256
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:20-də VIII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:00-da VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:35-də IV sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:10-da III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:50-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:25-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri olacaq.

Rus bölməsi üçün 14:15-də I sinif Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:40-da VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:15-də IX sinif şagirdlərinə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti