20 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ

 20 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyəcək -    RƏSMİ
  14 Aprel 2020    Oxunub:5608
"Bir saat bundan öncə Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul edib".
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Nazir müşaviri vurğulayıb ki, bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində oxuyurlar: "Bu məqsədlə dövlət büdcəsindən 40 milyon AZN vəsait ayrılacaq. Onu da qeyd edim ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir".

Azvision.az


Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti