Stallone və De Niro boks meydançasında – VİDEO

Stallone və De Niro boks meydançasında – VİDEO
  03 Yanvar 2014    Oxunub:1307
AzVision.az xəbər verir ki, Warner Bros. Pictures- Piter Seqalın rejissorluğu ilə Silvester Stallone və Robert De Niro baş rollarda oynayan idman janrlı komediya filmi çəkib. “Qərəzli Matç” (ing. Grudge Match) adlanan film 2 keçmiş rəqib boksçudan bəhs edir. Artıq təqaüddə olan əzəli rəqibləri 30 il bundan əvvəlki oyunun revanşını keçirməyə razı sala biliblər. Bu oyun keçmişdə olan bütün qərəzlərə nöqtə qoymalı və kimin güclü olduğunu sübut etməlidir.

Qeyd edək ki, italyan əsilli hər iki aktyor cavanlıqlarında boksçu rolu oynayıblar. Stallone məşhur “Rokki” filmində Rokki Balboa, De Niro isə “Quduz öküz” filmində Ceyk Lamotta qəhrəmanların canlandırıb. Eləcədə hər ikisi birgə “Polislər” filmində yer alıblar. Filmin çəkilişləri 2012-ci ilin avqustundan 2013-cü ilin aprelinə kimi Yeni Orleanda baş tutub. Premyerası isə ötən ilin dekabrında olub. Film bu ay Azərbaycanda da kinoteatrlarda göstəriləcək.




Teqlər:





Xəbər lenti