“Yazı”nı oxuyanda…

“Yazı”nı oxuyanda…
  03 Yanvar 2014    Oxunub:1779
Ziba Xəlil

Necə ki Azərbaycanın 90% həkimləri 30-40 il bundan qabaq ATU- da keçən əsrin 50-60-cı illərinin dərsliklərindən öyrəndikləri ilə xəstələri “müalicə edirlər”, məmləkətin əksər ədəbiyyat müəllimləri də o vaxtı inisitutda keçirilənlərdən və indiki məktəb proqramından kənara çıxa bilmirlər.
Dəhşətdir, faciədir… Ədəbiyyat müəllimlərimiz arasında sorğu aparsaq görən neçə müəllim Borxesi, Ekonu, Markesi, Kafkaını və.s sovet dövründə tanımadığımaz dünya azmanlarını tanıyar və ya dünya yazarlarından Limonov, Platonov, Sarokin Elif Şafak və.s -dən, dünya ədəbiyyat aləmində baş verən yeniliklərdən , yeni nəşrlərdən , son illərin Nobel mükafatçılarından nə qədər xəbərdardır, ya umumiyyətlə bu haqda məlumatı varmı, maraqlanırmı…

Hələ mən müasir Azərbaycan yazar, şairlərini, posmodernistləri demirəm. Görən neçə müəllim Azad Yaşarı, Rasim Qaracanı, Cavidanı, Qan Turalı, Aqşini, E.Mirzəbəylini, Qisməti , Sevinc El-Sevəri və.s adını çəkmədiyim istedadlı yazı əhlini tanıyır. Heç inanmıram…

Bütün bunlardan xəbərsiz müəllim öz şagirdlərinə, tələbələrinə nəyi, necə tədris edəcək, hansı ədəbi fikri, hansı yeni cəryanı aşılayacaq, ədəbiyyata yenə klassik prizmadanmı yanaşacaq?!

Mən demirəm klassika yasaq olsun , amma tək klassika və 20 ci əsrlə kifayətlənmək olmaz. İndi texnika, elektron mediya əsrdir…

Neçə müəllim (cavan nəsli nəzərdə tutmuram) kompyuterdın istifadə edir. Ədəbiyyat yenilikləri ilə elektron mətbuatdan maraqlanır, ya yeni çıxmış ədəbi qəzet jurnallardan alır. Yəqin ki, bu faiz 1, ya sıfıra yaxın olar…

Mən yazı yazmıram. Məni narahat edən problemləri, düşündürən mövzuları bacardığım qədər nəzmlə verməyə çalışıram. Bu yazını isə mənə “Yazı” yazdırdı.
“Yazı” dərgisinin noyabr sayını əlimə alanda Azərbaycanda belə gözəl ədəbiyyat dərgisi olduğuna sevindim. Dərgini vərəqlədikcə, oxuduqca isə kitabdan da maraqlı bir kitabla qarşılaşdığımı hiss etdim. Çünki burda hər janrdan seçmələr, dünya tanınmış yazıçıları haqda məlumalar, əsərlər, hekayələr var . Jurnal lap “dadlı Assorti” kimidir...

Bu cür, bunun kimi ədəbiyyat dərgisindən bixəbər ədəbiyyat müəllimllərinə isə acıdım. Ədəbiyyatla bir başa bağlı olan bir adamın belə gözəl işlərdən xəbərsiz olması təəssüfedicidir.

Bir rəfiqəm var: Ayna müəllimə. Xırdalanda 7 saylı məktəbdə kimya tədris edir. Çox savadlı qızdır. Ədəbiyyata isə ürəkdən bağlı adamdır. Maraqlı yazıları, köşələri ilə yerli və elektron mətbuatda çıxış edir. Müasir ədəbiyyatla hər hansı ədəbiyyat müəllimdən çox maraqlanır. Onunla bu barədə ara-sıra “dərdləşirik”. Onun öz ətrafındakılara təbliğatının da bir rol oynamadığını deyir.

Ayna gedir… Biz gedirik, 21 əsrin sürətli maşınları ilə, keçən əsrin müəllimləri isə (müəllimlərə sayğım sonsuz) hələ arabada yol gəlirlər…




Teqlər:





Xəbər lenti