Tokioda 400 mindən çox sərnişin yolda qalıb

Tokioda 400 mindən çox sərnişin yolda qalıb
  03 Yanvar 2014    Oxunub:986
Tokioda qatarlarda olan 400 mindən çox sərnişin yolda qalıb.
Bu gün Tokionun mərkəzində baş vermiş iri yanğın səbəbindən qatarlarda olan 400 mindən artıq sərnişin yolda qalıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın sürət qatarları daxil olmaqla, bəzi dəmiryol xətlərində hərəkəti məhdudlaşdırıb.

Yerli vaxtal saat 06:00-da dəmir yolları xətlərinin yaxınlığındakı əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində heç kəs xəsarət almayıb.
Buna baxmayaraq, yanğın qonşu 3 binaya yayılaraq 1,1 min kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsinə 50 min ədəddən çox yanğınsöndürmə texnikası cəlb edilib.

Hazırda qatarların hərəkəti qismən bərpa edilib.


Teqlər:





Xəbər lenti