İki PKK üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

İki PKK üzvü təhlükəsizlik qüvvələrinə təslim olub
  03 Yanvar 2014    Oxunub:1108
Türkiyədə iki PKK üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində PKK terror təşkilatının iki üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terror təşkilatından qaçan və adları açıqlanmayan iki terrorçu Çukurca rayonunun İşıqlı və Kavuşak kəndlərində hərbi birliklərə təslim olub.

Silahsız şəkildə təslim olan terorçuların araşdırmalardan sonra prokurorluq orqanlarına təhvil veriləcəyi bildirilir.


Teqlər:





Xəbər lenti