Davudoğlu:`Suriya müxalifətinə dəstəyi davam etdirəcəyik`

Davudoğlu:`Suriya müxalifətinə dəstəyi davam etdirəcəyik`
  04 Yanvar 2014    Oxunub:957
“Suriya Milli Kolasiyası yalnız birliyini saxlamaqla və öz prinsiplərində qətiyyətli olmaqla uğura nail ola bilər”. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Əhməd Davudoğlu Suriya müxalifətinin təmsilçiləri ilə görüş zamanı deyib.

Anadolu agentliyinin məlumatına görə, nazir Türkiyənin Suriya xalqını və Milli Koalisiyanı dəstəkləməkdə davam edəcəyini xüsusi qeyd edib. Öz növbəsində koalisiyanın başçısı Əhməd Carba kömək və dəstəyə görə Türkiyə dövlətinə minnətdarlıq bildirib.

Suriya inqilabçılarının və müxalif qüvvələrinin Milli Koalisiyası Qərb tərəfindən Bəşər Əsədə qarşı əsas müxalifət kimi qəbul edilir.


Teqlər:  





Xəbər lenti