Daşqınlar Fransa və Britaniyanı qərq edib - VİDEO

Daşqınlar Fransa və Britaniyanı qərq edib - VİDEO
  04 Yanvar 2014    Oxunub:949
Güclü yağışlar Fransanın qərbində daşqın əmələ gətirib. AzVision.az “euronews”a istinadən xəbər verir ki, Laita çayının hövzədindən çıxması Kemplere şəhərini 1,5 metr dərinliyində suya qərq edib. Yerli hökümət qüvvələri Bretan bölgəsinin 3 departamentində ən yüksək “qırmızı” həyəcan elən edib. Bunlardan ən çox Finister departamenti zədə görüb. Hazırda Kempleredə suyun səviyyəsi 5 metrə çatıb, yüzlərlə evi su basıb. Hidrometroloqların proqnozuna görə yağışlar və daşqın həyəcanı ölkənin qərbində bazar ertəsinə kimi davam edəcək.

Bu arada Britaniya da eyni daşqın problemi ilə üzləşib. Güclü leysan yağışlardan sonra ölkənin 450 rayonunda daşqın təhlükəsi elan edilib. Burada yağışlar saatda 100 km.-dən çox küləklə müşaiyət olunur.






Teqlər:





Xəbər lenti