`İnci` incəsənət mükafatı təsis edildi

`İnci` incəsənət mükafatı təsis edildi
  04 Yanvar 2014    Oxunub:1228
“Baku Creative Center” yaradıcı insanların əməyini dəyərləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə “İnci” incəsənət mükafatını təsis edib.

“Baku Creative Center”dən AzVision.az -a bildiriblər ki “İnci” mükafatı 2014-cü ilin fevral ayında – mərkəzin yaradılmasının ikinci ildönümü münasibətilə keçiriləcək tədbirdə təqdim olunacaq və ənənəvi xarakter alacaq.

Qiymətləndirmə peşəkar münsiflər heyəti tərəfindən ilin rəssamı, heykəltəraşı, xalçaçısı, keramika, qobelen və kino rəssamı, modelyeri, , sərgisi, qalereyası və art layihəsi, təşkilatı və digər nominasiyalar olmaqla, ümumilikdə 16 nominasiya üzrə aparılacaq.

Qaliblərə diplom və mükafatın simvolu veriləcək.


Teqlər:





Xəbər lenti