Kataloniya Aİ-dən müstəqillik üçün dəstək istəyir

Kataloniya Aİ-dən müstəqillik üçün dəstək istəyir
  04 Yanvar 2014    Oxunub:1042
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, ispan mərkəzi hökuməti ilə getdikcə artan qızğın mübarizələr səbəbindən, bu ilin noyabrında Kataloniya öz müstəqilliyi uğrunda səsvermə keçirməyi planlaşdırır. Kataloniya prezidenti dəstək üçün Avropa İttifaqının şurasına müraciət edib.

Dekabrdan başlayan və yanvarın 2-dən ictimaiyyətə açıqlanan məktublarda Kataloniya prezidenti Artur Mas Avropa qüvvələrinə bildirib ki, İspaniya baş naziri Mariano Raxoyun sağ-mərkəz hakimiyyəti konstitusiyaya ziddir və cənab Raxoyun keçirilməsinə mane olacağını dediyi referendumun təşkilində ona kömək etməyi xahiş edib.

Kataloniyanın mübarizəsi yəqin ki, bu il resessiyadan təzə çıxan və 2015-ci il seçkilərinə hazırlaşan İspaniyanın siyasi gündəliyindən düşməyəcək.

"Bəzi məruzələrin əksinə olaraq, Kataloniyada referendumun keçirilməsinə imkan verən bir neçə qanuni və konstitusional mexanizmlər vardır" - cənab Masın dekabrın 20-də alman Kansleri Angela Merkelə ünvanladığı məktubda belə deyilir. Qeyd edək ki, qalan 27 Avropa liderinə göndərilmiş eyni müraciəti o, öz rəsmi vebsaytında da yerləşdirib.

"Mən çox arxayınam ki, özümün və Kataloniya əhalisinin böyük əksəriyyətinin inandığı dinc, demokratik, şəffaf Avropa proseslərinin müdafiə olunmasında sizə etibar edə bilərəm", cənab Mas deyib.

Bundan əlavə, Şotlandiyada da bu il səsvermə keçirilsə də, cənab Mas öz qeydində Britaniyanın adını çəkməyib.

Qeyd edək ki, İspaniya mərkəzi hökumətini çətin vəziyyətə salmaqdan əlavə, aparılan beynəlxalq kampaniya taktiki məqsəd daşıyır, Kataloniya hakim partiyası və vətəndaş qrupları diqqətlə beynəlxalq tribunallarda baş verə biləcək "oyunun sonunu" gözləyirlər.

Raxoy və Mas arasında heç bir siyasi razılıq əldə olunmayıb. Cənab Raxoyun isə milli parlament və Ali məhkəmənin köməyi ilə referendum keçirilməsinə qarşı bütün cəhdləri edəcəyi gözlənilir.

Bu halda, Mas seçkiləri tezləşdirə bilər. İctimai rəy sorğuları göstərir ki, daha radikal müstəqillik partiyası olan Kataloniya Sol Respublikaçılar partiyasının (ERC) seçkilərdə qalib gəlmə ehtimalı çoxdur. Partiyanın liderləri bildirirlər ki, lazım gələrsə, beynəlxalq məhkəmələr səviyyəsinə qədər öz mübarizələrini davam etdirəcəklər.

Yerli hökumət Avropa İttifaqı liderlərinə məktubdan əlavə, dekabr ayı ərzində xarici ölkələrə Avropa İttifaqında ixracatyönümlü iqtisadiyyatda öz rolunu sadalamaqla, üzv ölkə kimi qalmaq istədiyini bildirdiyi 45 memorandum da göndərib.

Qeyd edək ki, Kataloniyanın müstəqilliyi ilə bağlı ictimai rəy sorğularının nəticələri müxtəlifdir. Bəzi sorğularda İspaniyadan tamamilə ayrılmağa 35 faiz, bəzilərində isə 50 faizə yaxın səs verilib. Lakin sorğular əsaslı surətdə göstərir ki, kataloniyalılar qərar vermə hüquqlarının olmasını və Raxoy hökumətinin səsvermə keçirilməsinə icazə verməsini istəyirlər.


Teqlər:





Xəbər lenti