“İmtahanların qrafiki yenidən hazırlanacaq” - Məleykə Abbaszadə

 “İmtahanların qrafiki yenidən hazırlanacaq” -  Məleykə Abbaszadə
  21 Aprel 2020    Oxunub:5517
Mart və aprel ayına planlaşdırılan imtahanlar keçirilmədiyi üçün imtahan qrafiki üzərində yenidən işləniləcək və qrafik yaxın 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 4-dən sonra mərhələli şəkildə karantindən çıxma planına uyğun qrafik tərtib ediləcək.

"Bizim əsas məqsədimiz sanitar-gigiyenik qaydaları yerinə yetirmək, insanların sağlamlığını qorumaqdır. İmtahanda iştirakçılar və idarə edənlər üçün təhlükə yaratmamalıyıq. İmtahanda sanitar-gigiyenik təhlükəsizliyi təmin etməliyik. Bu qaydaları Qərargahdan alıb, ona uyğun imtahan qrafiki tərtib edəcəyik", - deyə DİM sədri bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti