Rusiyada helikopter qəzaya düşdü

Rusiyada helikopter qəzaya düşdü
  15 Mart 2013    Oxunub:1399
Mi-8 helikopteri Xabaroskda havaya qalxarkən qəzaya uğrayıb, ölən və zərərçəkənlər barədə məlumat verilmir.
Bu barədə cümə günü Rusiya Federasiyasının İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə istinadən “İnterfaks” xəbər verir.

“İlkin məlumatlara görə, martın 14-də saat 16:04 radələrində “Xabarosk-Sentralnıy” hava limanında uçuşdan öncə Mi-8 sistemlərinin yoxlanması zamanı helikopter gözlənilmədən yana əyilib və onun vintlərinin yerə toxunması nəticəsində maşının aparıcı pərləri sıradan çıxıb, idarəedici vint sıradan çıxıb”, məlumatda qeyd olunub.

Hazırda hərbi hissədən sənədlər götürülüb. Müstəntiqlər hazırda helikopterin ekipajından və texniki heyətdən ifadə alırlar.

AzvVision.az


Teqlər:  





Xəbər lenti