Papanı papa edən qadın - FOTO

Papanı papa edən qadın - FOTO
  15 Mart 2013    Oxunub:1466
Yeni, 266-cı Roma papası Frensiskin həyatını ilk sevgisi Amaliya Diamonte dəyişib.
Bu gün mətbuata açıqlama verən 77 yaşlı Diamontenin sözlərinə görə, qapı qonşusu Xorxe Mario Berqalio ilə uşaqlıqdan dost olub, bu sakit məhəllələrdə həmişə bir yerdə oynayıblar.

Diamontenin sözlərinə görə, bir müddət sonra 12 yaşlı Xorxe ona məktub yazaraq evlənmək təklif edib, “yox” cavabı alacağı halda rahib olacağını deyib. “Anam ondan gələn sevgi məktubunu cırmasaydı bəlkə bu gün papa olmazdı. Bəxti gətirib ki, ona yox cavabı vermişəm”, deyə Amaliya bildirib.

Xorxe vədinə əməl edib, “yox” cavabı aldıqdan dərhal sonra təhsil almaq üçün seminariyaya yollanıb və burada yezuit olub.



Teqlər:  





Xəbər lenti