ABŞ Ərdoğanı təkzib etdi - VİDEO

ABŞ Ərdoğanı təkzib etdi - VİDEO
  05 Yanvar 2014    Oxunub:958
ABŞ yetkilisi Türkiyədəki rüşvət əməliyyatlarından danışıb.

Türkiyədəki korrupsiya əməliyyatlarının ABŞ-da planlaşdırıldığı və baş nazir Ərdoğana kompromat qurulduğu iddialarına ABŞ-dan təkzib gəlib. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirliyinin sözçüsü bu mövzuda yayılan xəbərləri yalanlayıb, iddiaları əsassız hesab edib və təəssüfləndiyini vurğulayıb.

ABŞ xarici işlər nazirliyi spikeri Marie Harf Türkiyədəki korrupsiya istintaqının ABŞ-da planlaşdırıldığı və Rəcəb Tayyib Ərdoğana qarşı kompromat qurulduğu iddiaları ilə əlaqədar belə deyib: "Qətiyyətlə təkzib edirik. Bu cür iddiaları əsassız hesab edirik. Amerikalı səlahiyyətliləri hədəf alan bu cür iddialarla əlaqədar təəssüfümüzü bildiririk. Baş verənlər Türkiyənin daxili məsələsidir. Biz də bunu yalnız izləməkdəyik".

M. Harf ayrıca xüsusi vurğulayıb ki, Türkiyə, "NATO üzvü olaraq ABŞ-ın önemli bir müttəfiqidir. Suriya və ona bənzəyən regional məsəllərdə yaxın bir şəkildə birlikdə çalışırıq. Anlaşmazlıqlarımız olduğu zamanda da bunları səmimi bir şəkildə danışa bilirik", - deyib Amerika yetkilisi.




Teqlər:  





Xəbər lenti